28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Spiçiç "İnter"in tarixinə düşdü

Premyer Liqanın 7-ci turunda keçirilən “İnter” - “Bakı” matçı "bankirlər" üçün bir sıra statistik göstəricilərlə də yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə. oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan Çempionatının qarşılaşamalarında qol vurmaq müəssər olmuş 77-ci və 78-ci futbolçular oldular. Əgər təcrübəli A.İaşvili sayca 8-ci gürcüdürsə, M.Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvat oldu.

Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Tsxadadzedir. Onun hesabında 18 qol var.

Qeyd etmək lazımdır ki, "İnter"in tarixində yerli futbolçular istisna olmaqla Belarusdan, Ukraynadan, Serbiyadan, Nigeriyadan, Litvadan, Uruqvaydan, Bolqarıstandan, Çex Respublikasından, Boliviyadan, Latviyadan, Moldovadan, Braziliyadan, Makedoniyadan, Seneqaldan, Toqodan, Konqodan və Xorvatiyadan olan futbolçular fərqlənə biliblər.


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31