28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran"ın 5 aydan sonra 75-ci qələbəsi

"Xəzər Lənkəran” səfərdə qələbəsiz oyunlar seriyasına son qoyub. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın VII turunun oyununda Bakıda AZAL-ı 3:1 hesabı ilə məğlub edən “ağ-yaşıllar” 169 gündən sonra rəqib meydanında 3 xal qazanıb. Sonuncu dəfə aprelin 6-da “Kəpəz”i 2:1 hesabı ilə yenən komanda ötən çempionatın 25-ci turundan sonra səfərdə qələbəyə həsrət idi. Ötən çempionatın son 3 səfər matçını da, cari mövsümün ilk 3 rəqib meydanındakı oyununu da qələbəsiz başa vuran “Xəzər Lənkəran” ölkə kubokunun yarımfinal görüşü və 2 avrokubok görüşünü də rəqib meydanından qələbəsiz dönmüşdü. Bu 9 oyunluq seriyada 3 heç-heçəsi olan Con Toşakın yetirmələri 6 dəfə uduzmuşdu.

AZAL üzərində qələbə həm 169 günlük seriyanı dayandırdı, həm də klub tarixində yubiley - 75-ci səfər qələbəsi oldu. Belə ki, bu matçadək 74 qələbəsi olan “Xəzər Lənkəran” 171-ci dəfə rəqib meydanına çıxmaqla yubiley uğuruna nail idi. Bu 75 qələbədən 59-u çempionat, 15-i Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

Bu dəfəki 3 xal Con Toşakın rəhbərliyi altında 2-ci səfər qələbəsidir. 75 belə nəticədən 30-u Ağasəlim Mircavadov, 17-si Rasim Kara, 9-u Mirça Rednik, 4-ü Viktor Pasulkonun baş məşqçiliyi vaxtına təsadüf edib. Nazim Süleymanov, Cüneyt Biçər, Yunis Hüseynovun hərəsi ilə 3, İqor Ponomaryovla 2, Karles Bakes və Emin Quliyevlə 1 səfər qələbəsi var.

Tarixi səfər qələbələri:

 

1-ci 19.09.2004 Karvan (Yevlax) - Xəzər Lənkəran – 0:1 (çempionat)

25-ci 02.12.2006 Bakılı (Bakı) - Xəzər Lənkəran – 0:3 (kubok)

50-ci 11.11.2009 Muğan (Salyan) - Xəzər Lənkəran – 0:1 (kubok)

75-ci 22.09.2013 Azal (Bakı) - Xəzər Lənkəran – 0:1 (çempionat)

Qeyd edək ki, “Xəzər Lənkəran” ötən tur 100-cü ev qələbəsini qazanmışdı. Ümumilikdə isə 181 dəfə qalib gələn komanda daha 6 dəfə neytral meydanlarda sevinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31