23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sakkoni və Nildodan ilk, ”Xəzər Lənkəran”dan ”550”

"Xəzər Lənkəran” tarixində 550-ci qolu vurub. Futbolxeber.az-ın məlumatına görə, bu Premyer Liqanın VII turunun AZAL-la qarşılaşmasına təsadüf edib. Oyunda komandanın 2-ci qoluna imza atan Junior Nildo klub tarixində 550-ci topun müəllifi kimi fərqlənib.

2004-cü ildə yaranan komanda 550-ci qolunu 354-cü matçında vurub. Yubiley qolundan sonra daha 1 dəfə rəqib qapısına yol tapan Nildo bu rəqəmi 551-ə çatdırıb. Bu qollardan 404-ü Premyer Liqada, 120-si Azərbaycan kuboku, 14-ü avrokuboklar, 13-ü Birlik kubokunda qeydə alınıb. Maraqlıdır ki, ardıcıl 3-cü dəfədir yubiley qolu sentyabr ayına təsadüf edir. 450-ci və 500-cü qollar son 2 ilin sentyabrında vurulmuşdu.

 2004/05 mövsümündə çempionata təsadüf edən “Şəfa” üzərində texniki qələbə (3:0), həmçinin 2005/06 mövsümünün kubokunda “MKT-Araz”la nəticəsi ləğv olunan oyunlar və penaltilər seriyaları nəzər alınmamaqla artıq 551 dəfə fərqlənən “Xəzər Lənkəran”ın son matçı 2 ilklə də əlamətdar oldu.

AZAL-la oyunda hesabı açan Deyvid Sakkoni klub tarixində qol sevinci yaşayan 84-cü oyunçu kimi tarixə düşdü. Ağ-yaşıl formada ilk dubluna imza atan Nildo isə bunu bacaran 37-ci “Xəzər Lənkəran”lı oldu. Bu 37 futbolçu ümumilikdə 68 dəfə 1 oyuna 2 qol vurub.

Qeyd edək ki, komanda ötən tur Premyer Liqa oyunlarında yubiley - 400-cü qolunu vurmuşdu. 

 

1

2

3

4

5

6

7

8

1

Çöri İlir (Albaniya)

çempionat

Turan

s

1:1

07.08.2004

26

50

Oqtay Dərəlioğlu(Türkiyə)

çempionat

MOİK

s

1:0

12.04.2005

40-p

100

Xaqani Məmmədov

çempionat

Olimpik

e

1:0

12.02.2006

78

150

Vüqar Nadirov

Kubok,1/8

Bakılı

e

4:0

20.11.2006

90+1

200

Zaur Ramazanov

Çempionat

Masallı

s

3:0

18.08.2007

88

250

Zaur Ramazanov

Birlik kuboku,final

Paxtakor (Özbəkistan)

n

4:3

27.01.2008

43

300

Klaudiu Radukanu (Rumıniya)

Kubok,1/8

NBC (indiki Muğan)

e

3:0

30.10.2008

23

350

Mario Souza (Braziliya)

Kubok, 1/8

Muğan

e

3:0

04.11.2009

53

400

Uinston Parks (Kosta-Rika)

Çempionat

Turan

e

2:0

23.10.2010

7

450

Adrian Pit (Rumıniya)

Çempionat

Qarabağ

s

1:0

17.09.2011

42

500

Saduo Tounkara (Mali)

Çempionat

Neftçi

s

1:2

15.09.2012

8

550

Junior Nildo (Braziliya)

Çempionat

AZAL

s

3:1

22.09.2013

68

1 - yubiley qolu, 2 –müəllifi (legionerlər üçün vətəndaşlığı), 3- turnir, 4 – rəqib, 5- meydan, 6 – hesab, 7 – tarix, 8- yubiley qolun dəqiqəsi.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30