29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Omoniya"nın hücumçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

"Nəticə ədalətli deyil. Oyunda dominantlıq edən tərəf biz idik. Yaxşı fürsətlərdən yararlana bilmədik. Heç-heçə bizi məyus etdi. Daha çox işləməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Kipr "Omoniya"sının futbolçusu Panayotis Zaxaryu ölkə çempionatının IV turunda "Pafos"la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.

25 yaşlı hücumçu bundan sonra bütün diqqətlərini evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup matçına yönəldəcəklərini bildirib: "Bizi qarşıda avrokubok görüşü, həmçinin "Olimpiakos"la çempionat oyunu gözləyir. Hər iki qarşılaşmaya qələbə üçün çıxacağıq. Əsəs hədəfimiz liqada çempionluqdur. Amma Avropada da ən yaxşısı üçün çalışacağıq. Qrupdan çıxmaq üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq".

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31