25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Baxşıyev: “Layiqli bir xal qazandıq”

“Sabah Vətən müharibəsinin anım günüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qarşılaşmanın belə çətin keçəcəyini gözləyirdik. “Sumqayıt”ın təzyiq edəcəyini bilirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə qeydə alınan qolsuz heç-heçəni belə şərh edib: "Əvvəlki görüşlərimizə baxsaq, dinamik oyuna şahid olarıq. Komandanı çətin oyuna hazırlamışdıq. Bilirdik ki, ötən matçdan sonra daha ağır olacaq. Bunu məşqçilər də, futbolçular da dərk edirdi. Heç bir eyforiya yox idi. Futbolçular istədiyimizi meydanda yerinə yetiməyə çalışırdı. Düşünürəm ki, layiqli bir xal qazandıq. Biz məşqçilər texniki zonada narazı olduğumuz üçün qışqırmırıq. Futbol emosiyalar oyunudur. Qapıçımız normal oynadı. Biz məşqlərdə də onun üzərində çalışırıq ki, Nicat Mehbalıyev hücumların başlanmasında iştirak etsin. Ona belə epizodları dəyərləndirməyi deyirdik”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30