29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İsgəndər Cavadov: “Gəncədə “Kəpəz”ə kömək edəcək bir biznesmen yoxdur?”

“AFFA-NIN ÜZƏRİNƏ YÜK ÇOX DÜŞÜR”

“Bu gün AFFA-da oldum, icraçı vitse-prezident Elxan Məmmədovla görüşdüm. O, məni 65 illik yubileyim münasibəti ilə təbrik etdi. Buna görə assosiasiya rəhbərliyinə minnətdaram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov deyib.

65 yaşı tamam olan veteran futbolçu 1news.az-a açıqlamasında Elxan Məmmədovla görüşünün təfərrüatlarından da söz açıb: “Daha sonra 1 saata yaxın futboldan, bu sahədəki problemlərdən danışdıq. Düşünürəm ki, biz bu il region futbolunun inkişafı planında böyük dəyişikliklərə şahid olacağıq”.

Bir neçə il əvvəl oğlunu itirməsi səbəbindən ad günlərini qeyd etməyən İ.Cavadov “Qəbələ”nin cari mövsüm Premyer Liqaya uğurlu start verməsindən söz açıb: “Qəbələ”nin mövsümə uğurlu start verməsi mənim üçün çox xoşdur. “Qəbələ”nin bu cür startı sürpriz deyil. Görünür ki, komanda mövsümə yaxşı hazırlaşıb. Klubun öz yetirmələri də heyətdə yer alırlar. Akademiyanın fəaliyyəti özünü göstərir. Halbuki bir müddət əvvəl klubda ciddi problemlər var idi. Lakin komanda ayaqda durmağı bacardı. Bu prosesdə AFFA-nın da böyük rolu oldu”.

AFFA İcraiyyə Komitəsinin üzvü Premyer Liqada yalnız 1 region klubunun çıxış etməsinə belə münasibət bildirib: “Klublar təkcə Bakıda deyil, regionlar da olmalıdı. Lakin region klubları ilə bağlı problemlər olduğu kimi qalır. AFFA rəhbərliyi Premyer Liqada 12 klubun çıxış etməsini istəyir. Bu halda çempionatın da səviyyəsi yüksələr. Lakin indiki halda AFFA-nın üzərinə çox yük düşür. Assosiasiya rəhbərliyi də regionlarda futbolun inkişaf etməsini istəyir. Hazırda bu istiqamətdə iş gedir. Biz daim region klubları üçün sponsor axtarırıq. Azərbaycanda futbol klublarına sponsorluq edə biləcək imkanlı şəxslər var. Onları bu prosesə qoşmaq lazımdır”.

Eyni zamanda “Kəpəz”in kuratoru olan İsgəndər Cavadov Gəncə təmsilçisinin Premyer Liqada mümkün çıxışı haqda da fikirlərini açıqlayıb: “Düşünürəm ki, gələcəkdə Gəncə, Tovuz, Lənkəran və Zaqatalanın da Premyer Liqada təmsilçiləri çıxış edəcək. Biz hər il “Kəpəz”in Premyer Liqada çıxış etməsi üçün çalışırıq. AFFA rəhbərliyi onsuz da “Kəpəz”ə dəstəyini nümayiş etdirir. Lakin yenə deyirəm ki, assosiasiyanın üzərinə çox yük düşür. Mən Gəncənin icra başçıısı Nizami Bayramovla görüşdüm. O, məni yaxşı qəbul etdi. O da güclü “Kəpəz” görmək istəyir. Lakin sponspor lazımdır. Həqiqətənmi Gəncədə komandaya kömək edəcək bir biznesmen yoxdur?”

Cavadov milli komandamız haqda da söz açıb: “Təbii ki, nəticələr yaxşı deyil. Lakin qarşıda hələ seçmə mərhələnin 3 oyunu var. Həmin matçların yekununu gözləmək lazımdır. Daha sonra AFFA İcraiyyə Komitəsi baş məşqçinin fəaliyyətinə qiymət verəcək. Canni De Byazi yaxşı insan və heç də pis məşqçi deyil. Amma hər şeydə onu günahlandırmaq lazım deyil. Çox şey futbolçulardan, klubların fəaliyyətindən asılıdır. Məşqçi meydana çıxmır. O, öz düşüncələrini futbolçulara aşılayır. Onun tapşırıqlarını isə meydanda futbolçular yerinə yetirməlidirlər. Düşünmürəm ki, indi De Byazi ilə vidalaşmaq düzgün olmaz. Ən azı seçmə mərhələnin sonuna kimi o, işini davam etdirməlidir. Daha sonra isə məsələ İcraiyyə Komitəsində müzakirə ediləcək. Gələcəkdə yerli məşqçilərə də şans vermək lazımdır. Lakin onlar da eyni problemlərlə qarşılaşacaqlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31