24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "Yaxşı komandaya qarşı oynadıq”

"Futbolçuları təbrik edirəm. Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Bəziləri idman formasından uzaq idi. Bu az matça çıxmaqla bağlıdır. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 6-cı tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Qaspar Panaderonun formada olmadığını bildirib: "Onun növbəti avrokubok görüşünə kimi tam hazır olacağını deyə bilmərəm. Bugünkü formasından razı deyiləm".

Təcrübəli baş məşqçi Ramil Şeydayev haqqında da danışıb: "Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq. Düşünürəm ki, hər oyunçumuz növbəti görüşlərdə daha yaxşı olacaq. Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Hazırda qol epizoduna girirsə, daha da yaxşı ola bilər. Ozobiç çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır".

Qurbanov Bəhlul Mustafazadənın oyunundan razı qaldığını sözlərinə əlavə edib: "Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil" (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30