16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Azərbaycanda Essyenlə birlikdə oynamaq karyeramın zirvəsi idi"

“Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım. Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri hazırda "Sabah" və "Səbail"in sabiq futbolçusu Hendrik Ekşteyn deyib.

30 yaşlı yarımmüdafiəçi "Səbail"də ulduz futbolçu Maykl Essyenlə birlikdə oynadığını xatırladıb: "Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərdilər".

Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə "Sabah"ın, 2020/2021 mövsümündə isə "Səbail"in formasını geyinib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30