Ölkə futbolu
AFFA-da gənclər və idman naziri ilə görüş keçirilib
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovla AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov arasında görüş keçirilib.
Futbolxeber.az saytının assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov və Gənclər və İdman Nazirliyinin futbol sektorunun aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev iştirak ediblər.
Gənclər və İdman nazirini salamlayan Elxan Məmmədov, ilk növbədə, bu vəzifəyə təyinatı münasibətilə F.Qayıbovu AFFA rəhbərliyi və futbol ictimaiyyəti adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. AFFA-nın icraçı vitse-prezidenti Gənclər və İdman nazirinin idman qurumları ilə rəsmi görüşlərinə ölkəmizdə ən kütləvi idman növü olan futboldan başlamasından böyük məmnunluq hissi keçirdiyini bildirib.
İşgüzar ab-havada keçən görüşdə AFFA-nın strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib. AFFA-nın son 4 ili əhatə edən illik hesabat nəşrləri nazirə təqdim olunaraq bildirilib ki, 2010-cu ildən 2020-ci ilə qədər olan bütün illik hesabatlar ictimaiyyətə şəffaf şəkildə təqdim olunub və AFFA-nın saytı vasitəsilə həmin hesabatlarla tanış olmaq mümkündür.
Nazirin diqqətinə hazırda gündəmdə olan və həlli vacib bir neçə məsələ də çatdırılıb. Bildirilib ki, 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan Premyer Liqasında idman rəqabəti qənaətbəxş səviyyədə olsa da, AFFA və Peşəkar Futbol Liqası komanda sayının 10-a yüksəldilməsini istəyir. Lakin maliyyə resurslarının çətinliyi ucbatından müvafiq şərtlərə uyğun gələn klubların olmamasına görə komanda sayını artırmaq mümkün olmur. Bununla belə, Premyer Liqaya yüksələ biləcək potensial klubların fəaliyyətini təmin etmək üçün AFFA Birinci Divizionda çıxış edən bir neçə klubu - “Kəpəz” (Gəncə), “Turan-Tovuz” və “Zaqatala” - tam olaraq maliyyələşdirir. Qeyd olunub ki, komanda sayının artması Azərbaycan Premyer Liqasında daha güclü rəqabətə, yeni futbolçuların üzə çıxması üçün geniş potensiala və peşəkar futbolun coğrafiyasının genişlənməsinə səbəb olardı.
Elxan Məmmədov uşaq və yeniyetmə futbolu ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə AFFA tərəfindən liqalar təşkil olunur və bu liqalarda Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin nəzdində olan uşaq futbol məktəblərinin komandalarının da nəqliyyat xərclərini AFFA ödəyir. Üstəlik, müəyyən oyunlar Olimpiya İdman Komplekslərinin meydanlarında keçirilir ki, bunun da müqabilində icarə haqqı AFFA-nın hesabına təmin olunur və AFFA Gənclər və İdman Nazirliyinin bu istiqamətdə dəstəyindən minnətdar olardı.
Qeyd olunub ki, futbol pandemiya dövründə ölkəmizdə bəzi turnirlərin mütəmadi qaydada keçirildiyi, üstəlik, ümumilikdə, U-9-dan U-19-a qədər bütün yaş qrupları üzrə yarışların mövcud olduğu yeganə komanda idman növüdür.
Son illər ərzində ölkəmizdə bir sıra əhəmiyyətli beynəlxalq turnirlərin və oyunların da təşkil olunduğu barədə məlumat verilib. Nazirin diqqətinə çatdırılıb ki, Azərbaycanda 2012-ci ildə FIFA U-17 qadınlararası dünya çempionatı, 2014-cü ildə futzal üzrə UEFA Kubokunun “Dördlər finalı”, 2016-cı ildə UEFA U-17 Avropa çempionatı, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu və 2021-ci ildə UEFA Avro-2020-nin final mərhələsinin 4 qarşılaşması Bakıda təşkil olunub.
Nazirə məlumat verilib ki, son 10 ildə çox önəmli infrastruktur layihələri həyata keçirilib. AFFA tərəfindən AFFA-nın inzibati binasının ərazisində Futbol Akademiyası, “Bakcell Arena”, “Dalğa Arena”, Bayıl stadionu, Mərdəkanda Milli Komandaların Məşq Mərkəzi, Ağsu şəhər stadionu, Tovuz rayonunda Futbol Akademiyası inşa olunub, hazırda Şamaxı şəhər stadionunun inşası davam edir. Yaxın gələcəkdə Gəncə şəhərində də Futbol Akademiyasının tikilməsi nəzərdə tutulub. Bunlardan əlavə, Zirə İdman Kompleksinin, Sumqayıt Futbol Klubunun stadionunun əsas meydanının təbii ot örtüyü, “Neftçi” PFK-nın “Türkish Airlines” Bazasında təbii örtüklü 3 ədəd məşq meydanı, Bakı Olimpiya Stadionunun ərazisində 2 ədəd təbii örtüklü məşq meydanı AFFA tərəfindən inşa olunub. Bakıda və respublikanın müxtəlif bölgələrində 150-dən çox süni örtüklü meydança tikilərək əhalinin təmənasız istifadəsinə verilib. Bütün bu layihələr ilk növbədə dövlətimizin, FIFA və UEFA-nın və sponsorların maliyyə dəstəyi ilə AFFA tərəfindən həyata keçirilib.
Qeyd olunub ki, uzun illərdir SOCAR AFFA-nın baş sponsorudur və futbolda stabil maliyyənin təmin olunmasında AFFA-ya böyük dəstək göstərir. Həmçinin, AFFA-nın bir neçə başqa sponsoru da var, lakin pandemiya ilə əlaqədar hazırkı tərəfdaşlarla əməkdaşlığın davam etdirilməsi və yeni sponsorların tapılması istiqamətində müəyyən çətinliklər mövcuddur.
Görüşün sonunda vurğulanıb ki, AFFA bundan sonra da futbolun inkişafı, sağlam həyat tərzinin təbliği və təşviqi istiqamətində fəaliyyətini davam etdirəcək.
Gənclər və İdman naziri Fərid Qayıbov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
-
00:01
Cavid Hüseynov: “Bacardığımız qədər irəli getmək istəyirik”
-
22:09
“Şahdağ Qusar” anqolalı legioner transfer etdi
-
21:58
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim olundu
-
20:31
“Araz-Naxçıvan” qələbəni əldən verdi
-
19:15
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
-
17:46
"Monako"nu "Nyukasl"a dəyişdi
-
17:27
Klublarımızın avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb
-
16:53
Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki, bizə bəslənilən inamı doğruldaq”
-
16:32
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
-
16:00
“Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
15:44
Umudlu Konfrans Liqasının oyununa təyinat alıb
-
15:18
"Zirə"dən ayrılıb Almaniya klubuna keçdi
-
14:59
“Qarabağ” sevgisi həm ürəkdə, həm kartda
-
14:21
“Payde”nin kapitanı: “Zirə”ni məğlub edəcəyimizi bilirdik”
-
14:05
Argentina millisindən getdi
-
13:36
Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi! FOTOLENT
-
13:17
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxıb
-
12:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
12:23
Murad Məmmədov oynadı, "Pafos" uduzdu VİDEO
-
12:00
Mateuş Koxalski: “Çox yaxşı komandaya qarşı oynayırdıq”
-
11:34
Yurgen Klopp rəsmən millidə
-
11:18
"Beşiktaş"ın qələbəsi VİDEO
-
10:51
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışda iştirak edir
-
10:29
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
-
10:05
Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
-
09:47
İsgəndərli Konfrans Liqasında oynadı, komandası qalib gəldi
-
23:28
Qurban Qurbanov: “ÇSKA çox bərk rəqib idi”
-
23:16
Rəşad Sadıqov: “Təəssüf ki, qol epizodlarından yararlana bilmədik”
-
23:00
ÇSKA-nın baş məşqçisi: “Qələbəyə inanırıq”
-
21:54
"Qarabağ" ÇSKA ilə heç-heçə etdi
-
21:49
"Zirə" Estoniyada məğlub oldu
-
19:13
"Payde" - "Zirə": Heyətlər müəyyənləşdi
-
18:57
"Qarabağ" - ÇSKA: Heyətlər açıqlandı
-
18:05
Azərbaycan millisinin heyəti
-
17:29
"Barselona" onun transferini açıqladı
-
16:52
Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq
-
15:38
"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib
-
15:04
“Araz-Naxçıvan” “Neftçi”nin sabiq legionerini transfer etdi
-
14:46
"Şəfa"da niderlandlı futbolçu
-
13:13
“Neftçi”nin kapitanının Avropada 10-cu qolu
-
12:41
"Neftçi"yə qalib gəldilər, Belarus futbolunda ilkə imza atdılar
-
12:20
"Braqa" səfərdə qələbə qazandı VİDEO
-
11:57
“Karvan-Yevlax”dan daha iki transfer
-
11:35
Bakıda dünya çempionatı çərçivəsində tanınmış güləşçilər azarkeşlərlə görüşəcəklər
-
11:19
Azərbaycan və El-Salvador gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
-
11:02
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
-
10:48
Emin Mahmudov: “Elə bildik ki, artıq matçın taleyi həll olunub...”
-
10:36
Qadın cüdoçulardan ibarət yığmamız dünya çempionatına Şamaxıda hazırlaşır
-
10:24
Babək Quliyev Konfrans Liqası matçına təyinat alıb
-
10:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
25.07.2026
24.07.2026
23.07.2026























