12 Yanvar 2026, Bazar ertəsi
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
"Qarabağ" da Türkiyəyə getdi
"Zirə" Antalyaya yollandı
"Sumqayıt" "Pakş"a məğlub oldu

Ölkə futbolu

Rəşad Sadıqov: “Çox vacib qələbə qazandıq”

“Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ilk dəqiqələrin tam düşündükləri kimi olduğunu bildirib: "Üstünlük qazana bildik, topa nəzarət edirdik. Ümumən ilk yarıda qırmızı vərəqəyədək yaxşı oynadıq. Rəqib azlıqda qaldıqdan sonra futbolçularım konsentrasiyanı itirdi. Say üstünlüyündən istifadə etməyə çalışırdıq. Sonda buna nail olduq və çox vacib qələbə qazandıq".

Sadıqov matçlarda dəyişiklik etməyə çalışdıqlarını bildirib: "Daha hücumameyilli oynamaq istəyirik. Heyəti də bu düşüncə ilə komplektləşdirdik. Bəzən alınır, bəzən işlər düşündüyümüz kimi getmir. Ümumilikdə isə çıxışımızdan razı qaldım".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31