16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi”də braziliyalı hücumçu

“Neftçi” növbəti hücumçu transferini rəsmiləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb. 34 yaşlı futbolçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Tiaqo Bezerra Belçikanın “La Luvyer” (2005-2006), Braziliyanın “Qama” (2008), “İtuano” (2012, 2013), CRB (2012), Türkiyənin “Altay” (2008-2010), “Karşıyaka” (2010-2011), “Adanaspor” (2013-2015), “Adana Demirspor” (2016, 2017), Küveytin “Əl-Ərəbi” (2015), Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” (2016-2017), Özbəkistanın “Paxtakor” (2017-2018), Qətərin “Əl-Xor” (2019-2020) və “Əl-Sailiya” (2020-2021) klublarında çıxış edib.

Bezerra 2015/2016 mövsümündə Küveyt Federasiya Kubokunun ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı futbolçusu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər - Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30