19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Fernando Santuş: “Daha çox qol vura bilərdik”

"Bu gün kifayət qədər qol imkanı yaratdıq. Azərbaycan millisinə daha çox qol vura bilərdik. Sadəcə, dəqiqlik çatmadı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla Bakıda keçirilən oyundan (3:0) sonra mətbuat konfransında deyib.

Santuş bir gün əvvəl Canni de Byazinin "Santuş mənim sayəmdə Portuqaliya millisinə təyin olunub, mənə Porto şərabı hədiyyə etməlidir" fikrinə cavab verib: "Azərbaycan millisinin çox yaxşı baş məşqçisi var. Onun yox, federasiyanın sayəsində baş məşqçi olmuşam. Porto şərabı ilə bağlı məlumatım yox idi. Amma buna çalışaram".

Santuş Portuqaliyada millimizə 1:0 hesabı ilə qalib gəldikləri matçla bugünkü görüşü müayisə edib: "Əsas fərq ondan ibarət idi ki, Azərbaycan orada 6-lı müdafiə oyunu göstərdi. Bu gün isə 4-3-3 sistemində oynadılar, bu da bizə geniş imkanlar yaratdı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30