23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

De Byazi: “Rəqib güclü olsa da, ümid sonda ölür”

“Heyətimizdə bəzi problemlər var. Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyuk sabah məlum səbəblərdən oynaya bilməyəcək. Təxminən İrlandiya ilə görüşdəki oyunçulara şans verəcəyik. Heyətdə 1-2 dəyişiklik olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Portuqaliyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası sabahkı çətin oyunda yaxşı nəticə qazanmağa çalışacaq: “Rəqib güclü olsa da, ümid sonda ölür. Ümidə yox, faktlara fikir verməliyik. İrlandiya ilə oyunda qələbəni son dəqiqələrdə əldən verdik. Motivasiya baxımından bu qələbə bizə kömək edə bilərdi. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bir vacib məqamı da qeyd edim. İrlandiya ilə oyunda Rüstəm Əhmədzadə zədə aldı, yeriyə bilmirdi, bir ayağı demək olar yox idi. Meydanın mərkəzində o vəziyyətdə sürüşmə fəndindən yararlandı. Nə vaxt ki, 23 futbolçumuzun hamısı o cür mübariz olacaq, daha az məğlub olacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30