20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Portuqaliyalı müdafiəçi: “Təhlükəli komanda ilə qarşılaşmalı olduğumuzu bilirik”

"Azərbaycan millisinin İrlandiyaya qarşı oyununu izləmişik".

Futbolxeber.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: "Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq. Hər şeydən əvvəl meydana böyük konsentrasiya ilə çıxmalı, diqqətli və həvəsli oynamalıyıq. Təhlükəli komanda ilə qarşılaşmalı olduğumuzu bilirik, Turindəki matç bunun gözəl nümunəsi idi. Oyunun taleyini ambisiyamız və qətiyyətimiz həll edəcək".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30