24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA-da "Danışılmış oyunlar"la bağlı seminar

Futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.

Futbolxeber.az saytının məlumatına görə, bu sahədə futbol ictimaiyyəti üçün mütəmadi maarifləndirmə işləri aparılır və neqativ əməllərdə iştirakı şübhəli bilinən futbol subyektləri cəzalandırılır.

"Danışılmış oyun" yarışın toxunulmazlıq prinsipini təhlükəyə atır və idman dəyərlərinə xələl yetirir. AFFA-nın yarışın toxunulmazlığı ilə əlaqəli nizam-intizam qaydaları bəllidir.

Bundan əlavə, artıq uzun müddətdir ki, futbol yarışlarında manipulyasiya halları ilə mübarizədə AFFA yerli klublar ilə əməkdaşlıq edir. Məlum olduğu kimi, Azərbaycan Futbol “Premyer Liqası”nda və UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” Dərəcəli meyar olaraq, klublarda "Danışılmış oyunlar"a qarşı məsul şəxslər təyin edilib.

Bu gün AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Premyer Liqa və Birinci  Divizion klublarının "Danışılmış oyunlar"a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub. UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib. Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər: https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30