29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rukavitsa “Neftçi”yə keçir

“Neftçi” hücumçu transferini reallaşdırmağa yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, son klubu Hayfa “Makkabi”si olan Nikita Rukavitsa paytaxt təmsilçisi ilə razılığa gəlib.

Bu barədə İsrail mətbuatı məlumat yayıb. 34 yaşlı hücumçunun hazırda İsraildə olduğu və Konfrans Liqasının pley-offunda sabah "Neftçi"nin “Makkabi” (Hayfa) ilə oyunundan sonra "ağ-qaralar"la birlikdə Bakıya gələcəyi bildirilib. Nikitanın “Neftçi”də illik 400 min avro qazanacağı da iddia edilir.

Qeyd edək ki, Avstraliya millisinin üzvü karyerası ərzində ölkəsində “Pert”, “Vestern Sidney”, Niderlandda “Tvente”, Almaniyada “Herta”, “Maynts”, İsraildə “Beytar” və “Makkabi” kimi klublarda çıxış edib. 2016-cı ildən çıxış etdiyi Hayfa təmsilçisində 142 oyuna 61 qol vuran forvard, Avstraliya millisində 18 matçda 1 dəfə fərqlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31