20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Startda həyəcanlı idim, amma sonradan..."

Premyer Liqasının VII turunun “Rəvan”la qarşılaşması (3:0) “Qəbələ”nin gənc futbolçusu Müşfiq Teymurovun cari mövsümdə debütü ilə əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, start heyətində meydana çıxıb əvəzlənmədən 90 dəqiqə oyunda olan 20 yaşlı müdafiəçi Yuri Syominin rəhbərliyi altında ilk qarşılaşmasını keçirdi.

“Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Teymurov ötən ay əvəzedicilərin çempionatında keçirilən 5 turun hamısında 90 dəqiqə forma geyməklə əsas komandanın məşqçilərinin diqqətini cəlb etmişdi. Hələ ötən turun AZAL-la səfər oyununda əsas komandanın sıralarında olan Teymurov “18-liy”ə daxil edilsə də, meydana çıxmamışdı. Bu dəfə isə o, mövsümdə ilk dəfə əsas komandada meydana çıxdı.

Bu qarşılaşma 20 yaşlı müdafiəçi üçün əsas komandada ümumilikdə 5-ci oyun oldu. Arxa xətt oyunçusu ötən mövsüm 3 çempionat və 1 kubok qarşılaşmasında şans qazanmışdı. Premyer Liqada ötən il oktyabrın 27-də debüt edən Müşfiq “qırmızı-qaralar” evdə “Turan”a 0:1 hesabı ilə məğlub olan vaxt 90 dəqiqə meydanda olmuşdu. Bundan sonrakı 3 görüşdə isə müdafiəçi sonradan meydana daxil olub. Ötən il noyabrın 28-də “Qaradağ-Lökbatan”la matçın (2:0)  71-ci dəqiqəsində meydana çıxan futbolçu Azərbaycan kubokunda debüt edib.  Bu il aprelin 13-də “Bakı” ilə evdəki matçın (1:1) 72-ci dəqiqəsində, 8 gün sonra isə “Neftçi” ilə səfər oyununun (1:2) 87-ci dəqiqəsində meydana çıxıb.

"Rəvan"la matçın ardından fikirlərini gabalafc.az-la bölüşən Müşfiq startda həyəcanlı olduğunu, amma sonradan həyəcanı üzərindən atmağı bacardığını deyib. Müdafiəçi ona güvəndiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib: "Hər zaman əsas komandanın heyətinə düşmək üçün var gücümlə çalışmışam. "Rəvan"la matçda bu şans mənə verildi. Startda həyəcanlı idim. Amma biraz vaxt keçdikdən sonra matçın tempinə uyğunlaşdım, həyəcanı üzərimdən atdım. Necə oynadığım barədə fikir bildirməyim düzgün olmaz. Bu barədə məşqçilər heyəti qərar verəcək. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Gələcək oyunlarda da şans verilərsə, bacarığımı ortaya qoymağa hazıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30