20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Keşlə"nin keçmiş futbolçusu: "Qarabağ"ın büdcəsi AEL-dən xeyli çoxdur"

"Qarabağ" çox güclü komandadır, ardıcıl 7 il Azərbaycan çempionu olub. Aydın məsələdir ki, onların büdcəsi AEL-dən xeyli çoxdur. Amma fikrimcə, iki çox yaxşı və rəngarəng oyun alınacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu əvvəllər "Keşlə"də çıxış etmiş Georgios Georgiadis keçmiş klubu Kipr AEL-inin "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

AEL-ə uğurlar arzulayan 34 yaşlı yarımmüdafiəçi bildirib ki, Bakı komandasını tərk etdikdən sonra Azərbaycan çempionatının qarşılaşmalarına az baxıb. Lakin o, komandalar barədə çox şey bildiyini diqqətə çatdırıb: "Biz "Qarabağ"ı daim Avropada görürük. AEL-in oyunlarını isə çox izləyirəm. Kipr komandası son zamanlar daha da yaxşılaşıb. Burada gözəl futbolçulardan ibarət güclü kollektiv formalaşıb. Lakin bir komanda kimi inkişaf etmək üçün ən yaxşısı, "Qarabağ"ı keçməkdir".

Yunanıstanlı oyunçu keçmiş klublarından "Keşlə"yə yox, AEL-ə çox bağlı olduğunu da əlavə edib: "Bu, karyeramda ən yaxşı mövsümüm idi. Özümü evimdəki kimi hiss edirdim".

Qeyd edək ki, Geogios Georgiadis AEL-də 2016/2017 mövsümündə "Keşlə"də isə 2018-ci ildə çıxış edib. "Qarabağ" Kipr klubu ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30