26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Avroliqa: “Neftçi” HİK-lə bərabərə qaldı

Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" bu gün turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, flaqman evdə Finlandiya HİK-i ilə qarşılaşıb. Çempionumuz ikinci hissədə hesabı açsa da, sonradan qapısına 2 qol görüb. Sona 10 dəqiqə qalmış Emin Mahmudovun baxımlı qolu matçın yekun nəticəsini müəyyənləşdirib. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

3 avqust

"Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) 2:2

Qollar: Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Mahmudov, 80 (2:2)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

Bakı, "Bakcell Arena"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30