24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

HİK-in baş məşqçisi: “İşimiz çətindir”

"Qonaq meydanında oynayanda hər zaman çətin olur. Azərbaycan çempionuna qarşı oynayacağımızı nəzərə alsaq, işimiz daha çətindir. Digər tərəfdən, rəqib bu hava şəraitinə öyrəşib".

Futbolxeber.az saytının məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) klubunun baş məşqçisi Toni Koskela Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis "ağ-qaralar" barədə məlumatlı olduqlarını bildirib: "Ötən həftə 2 oyunumuz var idi. Həmin matçlardan sonra məşqçi heyəti sırf "Neftçi" barədə məlumat topladı. Rəqibin aparıcı oyunçularını tanıyır, zəif və güclü tərəflərini yaxşı bilirik".

Gənc baş məşqçi Azərbaycan klublarının avrokuboklarda Finlandiya təmsilçiləri üzərində üstünlüyünün onu narahat etmədiyini söyləyib: "Azərbaycan klublarının resursları bizdən daha yaxşıdır. Bura yaxşı oynayıb, sərfəli nətincə qazanmaq üçün gəlmişik".

Koskela komandadakı qapıçılara qarşı ayrı-seçkilik etmədiyini söyləyib: "Qapıçılarımız hər iki cəbhədə oynayıblar. Sabah da onlardan biri meydanda olacaq". (Report)

Mütəxəssis "Neftçi"nin topla daha yaxşı oynadığını vurğulayıb: "Biz fiziki olaraq, çox yaxşı komandayıq. Əks-hücumlarda daha inamlı çıxış edirik. Komandamızı hər hansı oyuna hazırlayanda rəqibin zəif tərəflərini analiz edirik. Öz hücumçularımıza bu barədə məlumat vermişik. "Neftçi" isə topla daha yaxşı rəftar edir. Ən yaxşı oyunçuları Sezar Meza Kolli, Sabir Buqrin və Emin Mahmudovdur. Əsas oyunu onların üzərində qururlar".

Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30