Ölkə futbolu
Samir Abasov: “Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal”
“Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. Onların göstərdiyi oyun bunu deməyə əsas verir. Çempionatları davam edir. Tbilisi “Dinamo”su ilə matça olduğu kimi, buna da hazırlaşırıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, rəqibin fiziki durumu çox yaxşıdır: "Doğrudan da təhlükəli rəqibdir. Öz ölkəsinin çempionudur. Finlandiya futbolu inkişaf edir. Komandaları güc baxımından müqayisə etsək, üstünlükləri var. Rəqib daha hazırlıqlıdır. Avroliqada qalmaq üçün əlimizdən gələni edəcəyik. HİK-in xeyli oyununa baxmışıq".
Baş məşqçi hücum xəttində Mirabdulla Abbasov və ya Harramiz Soareşə şans verəcəyini söyləyib: "İki hücumçumuz var. Mirabdulla Abbasovun səhhəti ilə bağlı problem yaşadıq. Amma demək olmaz ki, hazır deyil. Məşqimizdə iştirak edir".
Çempionlar Liqasının II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"un qarşı qarşılaşmalara da toxunan təcrübəli mütəxəssis çox gözəl oyun nümayiş etdirdiklərini vurğulayıb: "Evdə də pis oynamadıq. Üzücü məqamdır ki, keçə bilmədik. Uşaqların əziyyətinə heyfim gəldi. Üzüntümüz buna görə idi. Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyirdik. Həmin matçın atmosferində qalsaq, bizə mənfi təsir göstərəcək. Hazırda əhval-ruhiyyəmiz yaxşıdır".
Abasov Avropa Liqası və Konfrans Liqasındakı potensial rəqiblərindən də danışıb: "Püşkü atanlar deyirlər ki, "Neftçi" sən heç yerə getmə, yerində qal. Həm Türkiyə "Fənərbağça"sı, həm də İsrailin "Makkabi" (Hayfa) güclü rəqiblərdir. Hər ikisi arzuolunmaz komandadır. Hazırda bütün fikrimiz HİK-lə oyunlardadır. İndidən digər rəqibləri düşünmək ağılsızlıq olar".
Baş məşqçi HİK-lə "Olimpiakos"u müqayisə edib: "Əslində, Helsinki klubunun hazırkı durumu bizim üçün daha təhlükəlidir. "Olimpiakos"da həddindən artıq keyfiyyətli futbolçular var. Onlar bəzən sənə boşluq verə bilərlər. Amma HİK kimi kollektivlər komanda oyunu sərgiləyirlər. Hücumda və müdafiədə boşluq vermirlər. Baş məşqçinin dediklərini yüksək səviyyədə yerinə yetirirlər. Qapanan komandalara qarşı oyunumuz çətin alınır. Sabah belə hal baş verə bilər. Sabah diqqətli oynamalıyıq ki, yaxşı nəticə qazanaq".
Baş məşqçinin sözlərinə görə, gənc futbolçuların "Olimpiakos"a qarşı oyunu onu sevindirib: "Rəqibdən çəkinməmələri, istəkləri müsbət məqam idi. Sabah onlar oynaya da bilərlər, oynamaya da. Müdafiənin sağ cinahında Ömər Buludov və ya Fəhmin Muradbəyli çıxış edə bilər. Yeni transfer haqqında isə heç nə deyə bilmərəm. Heyətdə kasadlıq var. Ümid edək ki, sabahadək zədəli futbolçumuz olmayacaq".
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - HİK matçı saat 21:00-da başlayacaq. Cavab görüşü avqustun 12-də Helsinkidə olacaq (“Report”).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- Azərbaycan derbisinə sözardı
- ETOPAZ-ın baş sponsorluğu ilə şirkətlər liqası minifutbol turniri start götürüb
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- “Ağ-qaralar”ın “Black Friday”i
- Qurban Qurbanov: “Bu gün meydanda xalqın layiqli komandası var idi”
- “Zirə”dən alqışlanası addım
- Onlar işinin ekspertidir
- Azər Əliyev: "Qarabağ" əsl xarakter nümayiş etdirdi"
- “Qarabağ”la Bakıda oynamaq “Barselona” ilə qarşılaşmağa bərabərdir”
- Sxadadze: “Qəbələ” kimi klub Premyer Liqanı tərk etməməlidir”
- Elxan Məmmədov “Reuters”ə danışdı: “Yeni təcrübə imkanı qazanacaqlar”
- ETOPAZ - uduşun təminatı!
- Elmar Baxşıyev istefa verdi
-
14:48
“Qəbələ” MMA döyüşçüsü ilə müqavilə imzaladı
-
14:26
Azərbaycan - İngiltərə oyununun hakimləri açıqlandı
-
12:53
"Zirə"nin 2 futbolçusu milliyə çağırılıb
-
12:00
"Açığı, mən də düşünürdüm ki, Azərbaycan çempionatında "bir ayaqla" oynayacam"
-
11:39
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda iştirak edəcəklər
-
11:12
Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar
-
10:47
"Ağdaş" "Şəmkir"i məğlub etdi VİDEO
-
10:21
Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub
-
10:08
Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
-
09:54
"Bakı Sportinq" - "Lerik" oyununda 5 qol VİDEO
-
09:30
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
-
18:58
"Qarabağ"ın legioneri 5 il yarımdan sonra milliyə dəvət aldı
-
18:40
4 klub cərimələndi
-
18:34
AFFA danışılmış oyunlarda iştiraka görə 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı
-
18:13
AGF-nin baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
-
17:55
Azərbaycan millisi Dünya Kubokunda 10-cu yeri tutub
-
17:41
II Liqa: Ev sahibləri üçün uğurlu gün
-
17:22
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib
-
17:06
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
-
16:54
"Juninyonu "Qarabağ"da saxlamaqda çətinlik çəkəcəyik"
-
16:37
“Neftçi” - “Spartak” oyununun biletləri satışda
-
16:19
Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər
-
16:00
Elvin Bədəlov: “Sona qədər hansı komanda təzyiqə dözəcəksə, o da avrokuboklara yollanacaq”
-
15:28
Azərbaycan həndbol çempionatı: liderlərdən heç-heçə
-
15:15
Lunyov Rusiya millisinin düşərgəsinə qoşuldu
-
14:43
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda 10 medal qazanıblar
-
14:31
"Traktor" yenidən üçüncü pillədə
-
13:52
"Qəbələ" mövsümün rekorduna imza atıb
-
13:24
"Neftçi" - "Spartak" oyununun başlama saatı açıqlanıb
-
13:16
“Ağ-qaralar”ın “Black Friday”i
-
13:07
Pelleqrini "Roma"ya qələbə qazandırdı VİDEO
-
12:49
Tovuzda mövsümün üçüncü ən yaxşı göstəricisi qeydə alındı
-
12:35
"Fənərbaxça" Trabzondan 3 xalla qayıtdı VİDEO
-
12:28
"Neftçi"nin ilk böyükhesablı qələbəsi
-
12:13
"Borussiya"dan əzmkar qələbə VİDEO
-
12:00
Üzgüçülük üzrə uşaq liqasının mərhələ yarışları keçirilib
-
11:52
"Barselona" "Atletiko"ya qalib gəldi VİDEO
-
11:41
U-21-in İngiltərə və Ukrayna ilə oyunlar üçün heyəti açıqlandı
-
11:26
"İnter" qələbəni əldən verdi VİDEO
-
11:17
"Qarabağ" XXI əsrin rekorduna imza atıb
-
11:04
PSJ 3 xalı 6 qolla qazandı VİDEO
-
10:58
Azərbaycan gimnastları “AGF Trophy” turnirinin son günündə 13 medal qazanıblar
-
10:49
"Bayer" yenə 3:2-yə sevindi VİDEO
-
10:35
“Səbail”in müdafiəçisi: “Qarabağ”a keçmədiyim üçün peşman deyiləm”
-
10:22
"Qalatasaray"ın əzmkar qələbəsi VİDEO
-
10:14
Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb
-
10:06
"Milan" səfərdə qələbə qazandı VİDEO
-
09:57
Azərbaycanın daha iki gimnastı Niderlandda qızıl medal qazanıb
-
09:43
"Yuventus" öz meydanında büdrədi VİDEO
-
09:30
Rahilin komandasından heç-heçə