19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “Hara getdiyimi bilmirdim, buna görə qorxu var idi”

"Azərbaycana gəldiyim vaxt çox təəccübləndim. Bakı gözəl şəhərdir, buradakı insanlar mehribandır.  Komandada mənimlə yaxşı davranırlar, burada ailəmdən heç kim yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni transferi Kristof Atanqana-Assimba deyib.

"Atletik"lə müqaviləm başa çatdıqdan sonra  dünyanı görmək, Bilbaodan bir az uzaqlaşmaq istədiyimi başa düşdüm və heç tərəddüd etmədim. Agentimə İspaniyadan ayrılmaq istədiyimi söylədim. Menecerim işə başlaya bildi və o vaxt mənə "Qəbələ" ilə müqavilə imzalamağı təklif etdi. Öz-özümə "lənət olsun" dedim. Bakı, Azərbaycan haqqında heç bir fikrim yox idi. Hara getdiyimi bilmirdim. Buna görə məndə  qorxu var idi. "Qəbələ"nin təklifi ilə bağlı ailəmlə məsləhətləşdim. Beynəlxalq futbola diqqət yetirmək və yeni təcrübələr öyrənmək  bu həyəcanverici macəraya başlamağa məni təşviq etdi. İspaniyadan sakitcə ayrıldım və təklifi qəbul etdim" - deyə o bildirib.

21 yaşlı qapıçı dil məsələsi haqda da danışıb: "Burada ingilis dilində danışa bilirəm. Hər gün həmkarlarımla, küçədə də insanlarla danışıram. Burada çox rahatam. Səbirsizliklə Azərbaycan çempionatının başlamasını gözləyirəm".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31