28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın AEL-lə oyunlarının hakimləri müəyyənləşdi

"Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kipr AEL-i ilə hər iki oyunu üçün hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Larnaka şəhərindəki ilk matçın baş hakimi İsveç Futbol Federasiyasından Qlenn Nyuberq olacaq. Ona həmyerliləri  Mahbod Beygi, Andreas Söderkvist köməklik göstərəcək. Dördüncü hakim funksiyasını  Boyan Panciç yerinə yetirəcək.

Bakıda keçiriləcək cavab görüşü isə Estoniya Futbol Federasiyasından Kristo Toverə tapşırılıb. Yan xətt hakimləri Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Qeyd edək ki,  avqustun 5-i "AEK Arena"da keçirələcək AEL - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılamasına isə saat 20:00-da start veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31