24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

AEL - "Qarabağ" oyununun yeri dəyişdirilib

Kiprdə AEL və "Qarabağ" arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun yeri dəyişdirilib.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşma dəfə Limassol şəhərində deyil, avqustun 5-də Larnaka şəhərindəki "AEK Arena"da gerçəkləşəcək.

Qeyd edək ki, AEL klubu Limassol şəhərinin təmsilçisidir. Bu komanda rəqiblərini 13 500 tamaşaçı tutumuna malik "Tsirion" stadionunda qəbul edir. "Şirlər"in Konfrans Liqasının II təsnifat mərhələsində Albaniya "Vlajniya"sını 1:0 hesabı ilə yendiyi görüş məhz doğma meydanında gerçəkləşib.

"AEK Arena" isə 7 400 nəfərlikdir. 2020/2021 mövsümündə "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sini məhz bu stadionda qəbul edib. Bir oyundan ibarət cütün taleyi penaltilər seriyasında rəqibin xeyrinə həll olunub - 6:5 (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30