24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Pedro Martins: “Çox təcrübəli komandaya qarşı oynadıq”

“Bu gün hər kəs əlindən gələni etdi. Bəzi oyunçularımız daha az təcrübəyə malikdirlər. Ancaq yaxşı oynadılar. Bu, onlar üçün də yaxşı təcrübə oldu. Artıq 3 ildir komanda ilə birgəyik. Bunun müsbət nəticələrini görməkdəyik. Burada da öz bildiyimizi edib, lazım olan nəticəni əldə etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Olimpiakos”un baş məşqçisi Pedro Martins Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə Bakıda keçirilən cavab matçından (1:0) sonra mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis hər iki görüşdə "Neftçi"yə qalib gəlmələrinə baxmayaraq, rəqib haqda müsbət fikirlər səsləndirib: "Çox təcrübəli komandaya qarşı oynadıq. "Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var. Bu, hazırlığımız üçün əla imkan oldu. Çətinliklərimiz var idi. Rəsmi olaraq 2 oyunçu az gəlmişik. Buna baxmayaraq, bacardığımızı göstərdik, öz oyunumuzu keçirdik.

Pedro Martins "Neftçi" sizi nə ilə təəccübləndirdi və rəqibinizin heyətində hansı oyunçuları fərqləndirə bilərsiniz"? sualını isə belə cavablandırıb: "Neftçi" çox keyfiyyətli komandadır. Üst səviyyəyə malik kollektivdir. İlk növbədə kapitanları Emin Mahmudovu qeyd edə bilərəm. Həmçinin, Yusuf Laval da hücumda bizə çətin anlar yaşatdı. "Neftçi" hər iki görüşdə bizə kifayət qədər çətinliklər yaşatdı. Bununla keyfiyyətli komanda olduğunu göstərdi. Harramiz və Mamadu Kane də yaxşı oyunçulardır. Onların da gücü, bacarığı bizə bəllidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30