20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Abbasov: “Mərhələ keçsək...”

“Meydan amili və azarkeşlər üstünlüyümüzdür. Çalışacağıq ki, azarkeşləri sevindirək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Serbiya "Çukariçki"sinə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, ev matçında dəyişiklik olması gözlənilir: "Ola da bilər, olmaya da. Oyunçularımızın durumu da önəmlidir. Futbolçularımız hələ tam hazır deyillər. Zədəlilərimizin olmaması sevindiricidir".

Onun sözlərinə görə, Serbiyadakı ilk qarşılaşmada sırf müüdafiə olunmaq istəmirdilər: "Bizi buna rəqib məcbur etdi. Çox üstümüzə gəldilər. Xüsusən sol cinahdan. Rəqibin üstün tərəflərinə toxunmuşduq. Elə futbolçuları var ki, konsentrasiyamızı itirsək, nəticəyə təsir edəcək gücdədirlər. Hər kəsə şans verə bilərik. Çalışacağıq ki, bu rəqabət davam etsin. Futbolçuların inkişafı üçün onların rahatlığını təmin etməliyik".

Abbasov bu cür turnirlərdə hər şeyi fikirləşməli olduqlarını vurğulayıb: "Sırf oyunu əlavə vaxta aparmağa yox, öz çıxışımıza köklənmişik. Hücumda Əli Qurbani ilə yanaşı, Xəzər Mahmudova da şans verməyi düşünürük. Komanda şəklində hücumda olmağı planlaşdırırıq".

"Sumqayıt"ın transfer siyasətinə də toxunan baş məşqçi bəzi futbolçuları ala bilməmələrinin büdcə ilə bağlı olduğunu deyib: "İlk dəfədir ki, heyətin çox hissəsini saxladıq. İstəyirik ki, "Sumqayıt"a heç kim tramplin kimi baxmasın. Ötən illərə nisbətən heyətin özəyini qoruduq. İndi isə daha da güclənmək istəyirik. Çempionat uzun marafondur, yenə futbolçular lazım olacaq".

O, mərhələ keçmək barədə rəhbərliklə danışmadığını əlavə edib: "Məqsəd qoyulmayıb ki, turu keçsəniz, oyunçu alınacaq. Gələcək planlar barədə də düşünürük. Mərhələ keçsək, klubumuz üçün böyük üstünlük olacaq".

Abbasov rəqib futbolçuların açıqlamalarına da münasibət bildirib: "Hər deyilənə cavab versək, düzgün olmaz. Mən oyunu təhlil etmişəm. Üstünlük onlarda olsa da, yüzfaizıik qol epizodları olmadı. Hücum planında istəyimizi edə bilmədik. Bunun da müxtəlif səbəbləri var. Mən də futbolçularıma bildirmişəm ki, turu keçmək gücümüz var. Məncə, öz oyunumuzu göstərə bilsək, mərhələ keçə bilərik".

Qeyd edək ki, iyulun 29-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Çukariçki" oyunu saat 20:00-da başlayacaq. İlk görüşdə hesab açılmayıb (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30