29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Buqrin: “Özümüzə güvənirik”

“İlk matçdan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Belçikalı yarımmüdafiəıçi bildirib ki, ilk matçda məğlubiyyətə layiq deyildilər: "Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq. Bizi maraqlı oyun gözləyir".

25 yaşlı oyunçu "Olimpiakos"u yaxşı analiz etdiklərini söyləyib: "İlk oyunda "Olimpiakos"un zəif çıxışının səbəbi biz ola bilərik. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar".

Buqrin ilk matçdan sonra ayağında ağrı olduğunu vurğulayıb: "Hazırda özümü yaxşı hiss edirəm. Matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam".

Yarımmüdafiəçi meydanda öz oyunlarını göstərəcəklərini deyib: "İlk oyunda hücumda daha effektiv olsaydıq, uduzmazdıq. Sabah yalnız öz oyunumuz barədə düşünəcəyik".

Buqrin Sezar Meza Kollinin gəlişinin oyununa mənfi təsir etmədiyini bildirib: "Meza Kollinin gəlişindən sonra özümü meydanda daha rahat hiss edirəm. Bir-birimizi yaxşı başa düşürük. Sadəcə, ötən mövsümün sonundakı formamda olmadığım üçün oyunum tam alınmır".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub ("Report").

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31