24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ramin Quliyev: “Gənclərimiz məni yaxşı mənada təəccübləndirdilər”

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Gürcüstan yüksək liqa təmsilçisi “Telavi” ilə qarşılaşan komanda bu görüşdə gənc futbolçulardan təşkil edilmiş heyətlə çıxış edib.

1:3 hesablı məğlubiyyətdən sonra "Sabah"ın baş məşqçisi Ramin Quliyev klubun rəsmi saytına açıqlamasında bu oyunda əsas məqsədin məhz gəncləri sınamaq olduğunu deyib:

“Toplanışdan öncə planımızda bu oyunun keçirilməsi nəzərdə tutulmamışdı. Lakin sırf gəncləri də iş başında görmək üçün cədvələ daha bir matç əlavə etdik. Rəqibi də yüksək liqa klubu seçməyimiz cavan futbolçularımıza güclü rəqibə qarşı oynamaq imkanı yaradırdı. Ümumi oyun baxımından yanaşdıqda, gənclərimiz məni yaxşı mənada təəccübləndirdilər. Yüksək liqada mübarizə aparan, təcrübəli futbolçulardan ibarət rəqibə qarşı başa-baş mübarizə apardılar.

Hətta deyərdim ki, oyunun bəzi məqamlarında üstünlük tamamilə komandamız tərəfdə oldu. Bu cür oyunlarda nəticə önəmli deyil. Önəmli olan komandanın hazırlığını yoxlamaq, çatışmazlıqları üzə çıxarmaqdır. Bu qarşılaşma həm səhvlərimizi görmək, həm gənc futbolçularımızın potensialını müəyyənləşdirmək, həm də onların beynəlxalq oyun təcrübəsi əldə etməsi baxımından mühüm rol oynadı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30