19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sabah” “Telavi” ilə bacarmadı

Yeni mövsümə hazırlıqlarını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Telavi” (Gürcüstan) ilə qarşılaşıb.

Görüş “Sabah”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Paytaxt təmsilçisinin yeganə qolunu 79-cu dəqiqədə Abdulla Xaybullayev vurub.

Ramin Quliyev bu görüşdə gənc futbolçulara üstünlük verib. "Sabah" oyuna bu start heyətlə çıxıb: Rüstəm Samiqullin, İdris İnqilablı, Amin Seydiyev, Arsen Ağcabəyov, Abdulla Rzayev, Şakir Seyidov, Veysəl Rzayev, Camal Cəfərov, Abdulla Xaybulayev, Samir Məhərrəmli, Mixeil Erqemlidze.

Qeyd edək ki, “Sabah” bundan əvvəl Gürcüstan toplanışında “Şukura”nı 1:0 hesabıyla məğlub edib. Komanda digər matçda “Samqurali”yə eyni hesabla uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30