29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Sumqayıt”a niyə təbrik düşür?

- Təbriklər. Qaldı 1 həftə sonra burda işi bitirmək.

- Çox sağ ol. Amma təbriklik bir şey yoxdu. Hələ cavab oyunu var...

Bu dialoq dünən gecə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla aramızdakı votsap yazışmasındandı. Votsapda qısaca Rəşada təbriklə bağlı fikirlərimi əsaslandırdım. Amma “ürəyim soyumadı”. Ona görə də, fikrimi daha geniş şəkildə izah etməyə çalışacam.

Püşk atılandan sonra cütün aşkar favoriti “Çukariçki” idi. Hətta bukmeykerlər belə “Sumqayıt”a şans tanımırdılar. Dünənki oyundan öncə heç-heçənin əmsalı 5,7 idi. “Sumqayıt”ın qələbəsinə isə 12,5 əmsal verilirdi.

Bəli, “Çukariçki” “Partizan” və ya “Srvena Zvezda” deyil. Amma serblər istər təcrübəsinə, istər heyətinə, istər büdcəsinə görə “Sumqayıt”ı dəfələrlə üstələyirlər. Dünən Ayxan Abbasovun şans verdiyi futbolçulardan 5-i avrokuboklarda debüt edirdi. Bütün heyət isə ilk dəfə idi Azərbaycandan kənarda avtokubok həyəcanı yaşayırdı. Çünki bu, “Sumqayıt”ın tarixində ikinci avrokubok görüşü idi və ötən il qitəmiqyaslı yarışlarda debüt edən “Gənclik şəhəri”nin təmsilçisi oyununu öz meydanında keçirmişdi.

“Sumqayıt”ın yalnız yerli oyunçularla güclənməsindən əksəriyyətin xəbəri var. Klubun strategiyasına əsasən, heyətə ölkə kənarından yalnız Azərbaycanla bağlılı olan, gələcəkdə milli komandamızda forma geyə biləcək futbolçular cəlb olunur. Rəqibdə isə təbii ki, belə bir qadağa yoxdur. Elə dünənki görüşün prokolunda da “Çukariçki”nin heyətində 7 legionerin adı yer almışdı ki, onlardan da 4-ü təmsilçimizə qarşı oynamaq imkanı qazandı.

“Sumqayıt”ın iştirak ərizəsinə baxmısız? Demək olar ki, 1 nominal forvard var, o da Əli Qurbanidi. Şər deməsən, xeyir gəlməz, Namiq Ələsgərov kimi, Əli Qurbani də zədələnsə, nə olacaq? Bu halda “Sumqayıt” meydana hücumçusuz çıxmaq məcburiyyətində qalacaq. Həm də unutmaq olmaz ki, ötən mövsümdən sonra “Sumqayıt” əsas qapıçısı, Xəyal Nəcəfov kimi aparıcı üzvü ilə vidalaşıb. Üstəlik, başqa bir əsas heyət üzvü Tellur Mütəllimov cəza səbəbindən dünənki matçda meydana çıxa bilməmişdi.

Müasir futbolda maliyyənin böyük rolu var. Amma artıq 3-4 ildir “Sumqayıt” sübut edir ki, həyatda olduğu kimi, futbolda da pul çox şeyi həll etsə də, hər şey demək deyil. Premyer Liqamızın 8 klubu arasında ən aşağı büdcəyə malik olan “Sumqayıt” elə bu baxımdan da “Çukariçki”dən geri qalır. Serbiya təmsilçinin büdcəsi 4 milyon avroya yaxındı ki, bu da təxminən “Sumqayıt”ın büdcəsindən 3-4 dəfə çoxdur.

Bir sözlə, təcrübə, heyət və büdcə - bu 3 vacib faktorda rəqibindən açıq-aşkar geri qalmasına baxmayaraq, meydanda bunu hiss etdirmədiyinə görə “Sumqayıt”a təbrik düşür.

Bəli, komanda dünən müdafiə futbolu oynadı. Amma buna görə “Sumqayıt”ı qınamaq olmaz. Realist olmaq lazımdı. “Sumqayıt” məgər səfərdə hücum futbolu oynamalı idi? Komanda elə ölkə daxilində də “Neftçi”, “Qarabağ” kimi özündən güclü kollektivlərlə matçda ikinci nömrə kimi çıxış edir. Qısası, “Sumqayıt” məhz oynamalı olduğu kimi də oynadı. Ayxan Abbasovun taktikası düzgün idi və nəticə də bunu sübut edir. Həm də gənc mütəxəssis komandasını oyuna kökləyə bilmişdi. Nəinki avrokubok, ümumiyyətlə təcrübəsi elə də çox olmayan gənclərin dünən meydanda ayaqları əsmirdi. Karyerası ərzində ilk beynəlxalq oyununu keçirən Aydın Bayramov qapıda diqqətli idi, yaşının azlığına baxmayaraq, kapitan Vüqar Mustafayev meydanda özünü əsl lider kimi aparırdı.

“Sumqayıt”ın oyununda çatışmazlıqlar da var idi. Kimsə komandanın çıxışını ideal adlandıra bilməz. Bəzi epizodlarda futbolçular arasında anlaşma istənilən səviyyədə olsaydı, rəqib qapısına yol tapmaq da mümkün idi.

Cütün taleyi həll olunmayıb. Hər şeyə 1 həftə sonra Sumqayıtda aydınlıq gələcək. Cavab oyununda təmsilçimiz böyük hesabla uduza da bilər, qələbə qazanıb mərhələ adlaya da. Həmin oyunda hansı nəticənin qeydə alınması artıq sonranın müzakirə mövzusudu. Bu günün reallığı isə odur ki, “Sumqayıt” çətin Serbiya səfərindən Vətənə başıuca qayıtdı. Buna görə də komandaya təbrik düşür...

İBRAHİM

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31