29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Soçi” - “Keşlə” oyunu azarkeşlərsiz keçiriləcək

Konfrans Liqasının ikinci təsnifat mərhələsinin bu gün keçiriləcək “Soçi” - “Keşlə” oyununa azarkeşlər buraxılmayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda Rusiya klubu açıqlama yayıb.

Klubun rəsmi saytında azarkeşlərə ünvanlanan müraciətdə bildirilib: “Təəssüf ki, parlaq duyğular və sizin dəstəyiniz əvəzinə matçı tamamilə fərqli bir atmosferdə oynamalıyıq. Bu, yalnız azarkeşlər deyil, həm də komanda və bütün klub üçün çox kədərli bir xəbərdir. Yaxın gələcəkdə sizə təzminat qərarını və bu matçın biletlərinin geri qaytarılması barədə məlumat verəcəyik”.

Soçi klubu yaranmış vəziyyətə görə üzr istəyib.

Xatırladaq ki, "Soçi" - "Keşlə" oyunu Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31