25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Namikin zədəsi ciddidir: “Cavab görüşünü onun üçün oynayacağıq”

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Olimpiakos"la matçda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərovun zədəsi ciddidir.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Samir Abvasov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 26 yaşlı futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqları var: "Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq".

Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Ələskərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30