25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Fransanın ölkəmizdəki səfiri "Bakı"nın qonağı oldu

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye bu gün “Bakı” futbol klubunun təlim-məşq bazasının qonağı olub. Futbolxeber.az-ın məlumatına görə, səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək, “Bakı”nın üzvləri ilə görüşüb.

Qeyd edək ki, bu gün həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüblər.

Cənab Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək, Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti cənab İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb. Görüşün sonunda Hafiz bəy cənab Mönyeyə “Bakı”nın formasını hədiyyə edib.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30