19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Naci Şensoy: "Millini ya Qurban Qurbanov, ya da Böyükağa Hacıyev çalışdırmalıdır"

"Mən Yılmaz Vuralın açıqlamasına şərh etmək və ya polemika yaratmaq istəmirəm. Sadəcə olaraq, öz facebook səhifəmdə Yılmaz Vuralın özünün də Azərbaycan millisindən təklif almadığını etiraf etdiyini bildirdim. Yılmaz hoca özü də deyir ki. heç bir rəsmi təklif almayıb və bu xəbəri Türkiyə mətbuatı yayıb. Mən də yalnız bunu yazdım, vəssəlam". Futbolxeber.az-ın saytına verdiyi açıqlamada bu sözləri "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy dedi.

"Yaxşı, bəs rəsmi təklif alsa necə, Yılmaz Vural Azərbaycan millisinə uğur qazandıra bilərmi" sualını Şensoy belə cavablandırdı: "Onu mən bilmərəm. Verəcəyim hər hansı şərh də yalnış anlaşıla bilər. Azərbaycan futbolunun rəhbərləri kimin milliyə daha faydaları olacaqlarını bilməlidirlər. Əminəm ki, Rövnəq Abdullayev düzgün bir qərar verəcək. Heç kimin bundan şübhəsi olmasın. Hər zaman söyləmişəm ki, Berti Foqtsdan sonra yığmanı yerli məşqçi çalışdırmalıdır: ya Qurban Qurbanov, ya da Böyükağa Hacıyev".

Şensoydan "Niyə məhz yerli məşqçi" deyə soruşduq. Təcrübəli mütəxəssisin cavabı belə oldu: "Azərbaycan millisində əcnəbi futbolçu yoxdur ki. Hamısı eyni dili danışırlar. Ayrıca yerli məşqçilər öz işlərinə bir balaca da həvəskar emosiyalarla sarılacaqlar. Digər klubları əcnəbi məşqçilərin çalışdırmasına qarşı deyiləm. Amma Azərbaycan yığmasını yerli məşqçi çalışdırmalıdır. Görəcəksiniz ki, bu halda daha böyük uğurlar əldə ediləcək". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30