24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Turan" və AZAL-a texniki məğlubiyyət verildi

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 

5 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XV turunun “Lokomotiv” – “Tərəqqi” matçında “Lokomotiv” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Bakılı” – “Tərəqqi” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Qaradağ Lökbatan” – “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

10 mart 2013-cü il, 2012/2013 mövsümündə, Azərbaycan I Divizionunun XVI turunun “Ağsu” – “Neftçala” matçında “Neftçala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur(maddə 40).

Matçın 90+3-cü dəqiqəsində “Neftçala” klubunun 5 №-li futbolçusu Musa Rəhimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 38.4).

Oyun başa çatdıqdan sonra “Neftçala” klubunun 18 №-li futbolçusu Hafiz Əliyev hakimə qarşı qeyri-etik hərəkət etdiyinə görə futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyun başa çatdıqdan sonra “Neftçala” klubunun məşqçisi Ceyhun Hüseynov hakimi təhqir etdiyinə görə məşqçi 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 42.4).

Oyun başa çatdıqdan sonra “Neftçala” klubunun prerzidenti Famil Səfiyev icazəsiz hakimlər otağına daxil olduğuna görə klub 200 manat cərimə olunur (maddə 70).

04 mart 2013-cü il "Azercell U-17 Liqa"nın “İnter” – “Qarabağ” matçının 78-ci dəqiqəsində “Qarabağ” klubunun 8 №-li futbolçusu Elçin Rəhimli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

04 mart 2013-cü il "Azercell U-17 Liqa"nın “Qəbələ” – “Rəvan” matçının 35-ci dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu Samir Səmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 80+1-ci dəqiqəsində “Rəvan” klubunun 2 №-li futbolçusu Ayxan Hüseynli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır maddə 48).

04 mart 2013-cü il "Azercell U-17 Liqa"nın “Kəpəz” – AZAL matçının 52-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Fərid Saidov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.4).

AZAL klubunun 4 №-li futbolçusu Fərid Saidov cəzalı olduğu halda matçda iştirak etdiyi üçün AZAL klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir  (maddə 51).

07 mart 2013-cü il U-16 Liqasının “Xəzər Lənkəran” – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

07 mart 2013-cü il U-16 Liqasının “Vətən” – AZAL matçının 75-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

07 mart 2013-cü il U-16 Liqasının “Bakı 008” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Bakı 008” klubunun 6 №-li futbolçusu Yusif Tağızadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

05 mart 2013-cü il Kapital Bank U-15 Liqasının “Neftçi” – “Turan” matçında “Turan” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

08 mart 2013-cü il U-14 Liqasının “Binə” – “Rəvan” matçında “Binə” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

“Binə” klubu oyunlara 3 dəfə gəlmədiyi üçün yarışlardan kənarlaşdırılır.

10 mart 2013-cü il U-14 Liqasının “Rəvan” – “Laçın” matçının 39-cu dəqiqəsində “Laçın” klubunun 6 №-li futbolçusu Sənan Abdullazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

09 mart 2013-cü il U-14 Liqasının “Təhsil” (Sumqayıt) – “Sumqayıt” matçının 50-ci dəqiqəsində “Təhsil” (Sumqayıt) klubunun 11 №-li futbolçusu Anar Cəfərov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 38.4).

09 mart 2013-cü il "Coca-Cola U-13 Liqa"nın “Bakı 008” – AZAL matçında “Bakı 008” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

09 mart 2013-cü il "Coca-Cola U-13 Liqa"nın “Sumqayıtspor” – İOEUGİM matçında “Sumqayıtspor” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

02 mart 2013-cü il U-11 Liqasının ŞKGB – “Xızı” matçında “ŞKGB” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30