20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: "Superliqa ideyası futbol dəyərlərimizi məhv edir"

"Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "insideworldfootball.com" saytına açıqlamasında Avropa Super Liqası barədə danışarkən deyib.
 
Milli assosiasiya rəsmisi bildirib ki, bütün maraqlı tərəflər futbol oynaya bilməlidirlər: "Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik".
 
AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına da toxunan Məmmədov bunun bütün region üçün futbol bayramı olacağını söyləyib: "Düzdür, pandemiya planları bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı atmosfer qonşularımıza da müsbıət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj geri normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".
 
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30