20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Viktor Mendi: "İnanıram ki, qollarımın ardı gələcək"

"Çox zəngin və yaxşı futbolçulardan ibarət heyətimiz var. Hamı öz üzərində səylə çalışır. Kollektivdə rəqabət mövcuddur. Mən də bir futbolçu kimi oynamaq, komandama kömək etmək istəyirəm. Bununçün daim öz üzərimdə işləyirəm, oyundan oyuna daha yararlı olmağa çalışıram". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri sabah Premyer Liqanın VII turu çərçivəsində baş tutacaq "Qəbələ"-"Rəvan" oyunu öncəsi "qırmızı-qaralar" futbolçusu Viktor Mendi söyləyib. Mövsümə uğurlu start verən və arxada qalan 6 matçda 3 dəfə fərqlənən Mendi klubun rəsmi saytına verdiyi açıqlamada uğurunu gələcək matçlarda davam etdirəcəyinə inandığını bildirib. Hücumçu ötən tur debüt edən Daniel Subotiç və "Rəvan" matçı ilə bağlı fikirlərini də açıqlayıb: "Çempionata startımızı normal saymaq olar. Hazırda 3-cü pillədəyik və liderlə bizi yalnız 1 xal ayırır. Liderliyə yüksəlmək üçün qələbələrimizi sıralamalıyıq. Bu hədəfə çatmaq üçün mən də hücumçu kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. İnanıram ki, qollarımın ardı gələcək. AZAL-la matçda hücumçumuz Daniel Subotiç debüt etdi. Əslində Subotiçlə uzun zamandır birlikdə məşq edirik. Amma rəsmi görüşdə ilk dəfə ötən həftə birlikdə oynamaq qismət oldu. Daniel çox güclü futbolçudur. Debütü uğurlu alındı. Onunla oyunumuz da yaxşı alınır. O, qolları ilə hələ qarşıdakı oyunlarda komandaya çox kömək edəcək. O ki qaldı "Rəvan"la matça, sözügedən qarşılaşmaya ciddi hazırlaşmışıq. Düzdür, rəqibimiz turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb. Lakin buna fikir vermirik. Bütün oyunlara eyni ciddiyətlə yanaşırıq. Başqa cür yanaşma mənfi nəticlərə gətirib çıxara bilər. İnanıram ki, qalib gəlib uğurlu çıxışımızı davam etdirəcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30