20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Milan Obradoviç: "Kuboku qazanmaq istəyirik"

“Qələbə münasibətilə komandanın bütün üzvlərini - futbolçuları və məşqçi heyətini təbrik edirəm. Bu qələbədə hər birinin özünəməxsus payı var. Biz uğur qazanmaq üçün birlikdə çalışırıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Milan Obradoviç Kiyevdə Valeri Lobanovskinin xatirə turnirində Ukraynanı 1:0 hesabı ilə yendikləri görüş barədə danışarkən deyib.
 
Serbiyalı mütəxəssis matçın asan keçmədiyini bildirib: "Heç də asan qələbə deyildi. Ukrayna milli komandasını öz meydanında məğlub etmək yaxşı nəticədir. Xüsusilə nəzərə almaq lazımdır ki, bu gün rəqibimizin heyətində Ukraynanın U-19 millisi ilə dünya çempionatında iştirak etmiş bir neçə futbolçu yer almışdı"
 
Obradoviç qarşılaşmanın gedişini də şərh edib: "İlk hissədə çox yaxşı oynadıq. Topa ümumi nəzarət bizim tərəfimizdə idi. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İlk 20-25 dəqiqədə oyunun nəzarəti tam bizim əlimizdə idi. Həmin müddət ərzində qol vurmağı da bacardıq və bir çox təhlükəli epizod yaratdıq. Hücumda yaxşı oynamaqla yanaşı, müdafiəni də yaddan çıxarmadıq.
 
Bilirdik ki, Ukrayna yığması kəsərli hücumlar qurmağa cəhd edəcək. Çünki bu komanda yaxşı hücum qurmağı bacaran komandadır. Bununla belə, müdafiə xəttində diqqətli oynamağımız rəqibin hücumlarını zərərsizləşdirdi. İkinci hissədə bizim istəyimizlə oyunun ssenarisi bir qədər dəyişdi. Oyun planımızda dəyişiklik elədik. Qeyd etdiyim kimi, hesabda irəlidə olduğumuz üçün Ukrayna millisinin daha çox hücumlar təşkil edəcəyini bilirdik. Belə də oldu, amma oyunun sonundək hesabı qoruyub saxlamağı bacardıq".
 
Baş məşqçi bu gün Özbəkistanla keçirəcəkləri növbəti və son oyundan da qalib ayrılmaq istədiklərini dilə gətirib: "Ukrayna ilə oyunda qələbə bizim üçün hər nə qədər vacib olsa da, demək olar ki, heyətdəki bütün futbolçuların xidmətindən yararlandıq. Qarşıda bizi Özbəkistanla görüş gözləyir. Bizimlə müqayisədə, Özbəkistan komandası daha gümrah olacaq. Çünki ilk turda oyun keçirməyiblər, yalnız oyunöncəsi məşq ediblər. Təbii ki, bütün bu amillər oyun planında müəyyən dəyişiliklər etməyimizə gətirib çıxaracaq. Ukrayna millisinə qarşı daha az oynamış futbolçulara şans verəcəyik. Rəqibin gücündən asılı olmayaraq, qarşımızda bir məqsəd var: Oyundan oyuna inkişaf etmək istəyirik. Təbii ki, bunu ağıllı oyun sayəsində gerçəklədirmək niyyətindəyik. İki gün ardıcıl oynamaq çətin olsa belə, turniri qələbə ilə başa vurmaq, kuboku qazanmaq istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30