28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Sənan Qurbanov "Keşlə"də qaldı, 3 legioner göndərildi

"Keşlə" baş məşqçisi Sənan Qurbanovla yeni müqavilə imzalayacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 41 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü və əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəldiklərini bildirib. Qurbanovun sözlərinə görə, yaxın günlərdə 1 illik yeni sözləşməyə imza atacaq.

Qeyd edək ki, Sənan Qurbanov bu ilin yanvarından "Keşlə"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub.

Əvəzində isə "Keşlə" 3 oyunçusu ilə yollarını ayırıb. Belə ki, Con Kamara, Sadio Tounkara və Silvio Rodriges komandadan göndərilib. Sözügedən oyunçularla başa çatan müqavilənin müddəti yenilənməyib.

Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edirdi. Rodriges ötən ilin yayında, Tounkara isə başa çatan mövsümün ikinci yarısında Bakı klubuna keçmişdi ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31