19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Zakir Fərəcov “Sumqayıt”ın futbolçuları ilə görüşüb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün futbol üzrə Azərbaycan Premyer Liqasını 3-cü pillədə tamamlayan “Sumqayıt” Futbol Klubunun qonağı olub.

Futbolxeber.az saytının məlumatına görə, şəhər rəhbəri qazanılan uğur münasibətilə klubun prezidenti Riad Rəfiyev, “A” komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb.

Futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov Azərbaycan Kubokunun final qarşılaşmasında iştirak edəcək “Sumqayıt” FK-ya həlledici görüşdə uğurlar arzulayıb. Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib. “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyev də öz növbəsində Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib. Sonda xatirə şəkli çəkdirilib. Vüqar Kərəmov həmin gün yerli idmançı Yutaka Saito ilə görüşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30