26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Buqrin: "Hamı "Qarabağ"ın seriyasına son qoymaq üçün motivasiyalı idi"

"Bizdə rahatlıq yox idi. Bütün futbolçular kimi hər gün məşq edirdik. "Qarabağ"la oyundan əvvəl kollektivdə stres hiss etmədim. Ancaq matçı bitirmək üçün böyük aclıq yaşadım".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin Premyer Liqanın XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə "Hln.be" saytına açıqlamasında deyib.
 
25 yaşlı yarımmüdafiəçisi "Qarabağ"ın ardıcıl 7 il ölkə çempionu olduğunu xatırladıb: "Komandadakı hər kəs bu seriyaya son qoymaq üçün xüsusi motivasiyalı idi. Çətin qarşılaşma oldu. Çünki rəqib topa sahib olmağı sevən və topu itirən kimi dərhal təzyiq göstərən komandadır. Buna baxmayaraq, oyuna yavaş-yavaş nəzarət etməyə başladıq. Gec də olsa, qələbə topunu vura bildik".
 
Mərakeş əsilli belçikalı oyunçu Əhməd Əhmədovun son dəqiqələrdə vurduğu qoldan danışıb: "Önə çıxan müdafiəçimiz hava mübarizəsindən qalib ayrıldı. Bundan sonra top hücumçumuzun ayaqları altına düşdü. O isə sərt zərbə endirdi. Ardınca görünməmiş sevinc yaşadıq. Oyunçular hər tərəfə qaçdılar (gülür - red.). Bundan sonra rəqib futbolçuların hamısı bir müddət cərimə meydançamız tərəfdə idi. Çünki "Qarabağ" bərabərlik qolu axtarırdı. Biz öz yerimizi tutduq və final fitindən sonra qələbəni qeyd etməyə başladıq. Bunu sözlə ifadə etmək çətindir".
 
Buqrin bu günədək karyerasında ən yaxşı mövsümü keçirdiyini söyləyib. O, Çempionlar Liqasının ilk təsnifat mərhələlərində qələbə qazanmağın vacibliyini vurğulayıb: "Bir xəyalı gerçəkləşdirdik. Ümid edirəm ki, püşk yaxşı alınacaq. Qrup mərhələsinə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".
 
Yarımmüdafiəçi bir neçə klubun onunla maraqlanmasına münasibət bildirib: "Futbolda işlər sürətlə gedə bilər. Belçikanın bəzi klubları bizimlə əlaqə saxlayıb. Lakin hələ heç nə dəqiqləşməyib. Əvvəlcə tətildən zövq alacağam. Həyat yoldaşımla birlikdə evə gələcəyəm və nələrin baş verəcəyini görəcəyik".
 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub. Sabir Buqrinin "ağ-qaralar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30