17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Neftçi" irəlilədi, "Qarabağ" gerilədi

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 3 Azərbaycan təmsilçisinin də olduğu cədvəldə qitənin 449 klubu yer alıb.
 
Premyer Liqanın son turunda “Neftçi”yə uduzmaqla çempionluq şansını əldən verən Qurban Qurbanovun yetirmələri 108-ci yerdədir. Ağdamlıların aktivində 174 xal var. 8 qat ölkə çempionu 28 xal itkisi ilə 10 pillə geriləyib.
 
Qızıl medalları son dəqiqə qolu ilə qazanan “Neftçi” isə sıçrayışa nail olub. Bakılılar hazırda 24 xalla 268-cidir. Samir Abasovun yetirmələri 10 xal artımı sayəsində 66 pillə irəliləyib.
 
20 xala malik “Qəbələ” isə Avropada 291-cidir. 14 xal itirən Elmar Baxşıyevin çalışdırdığı komanda 32 pilləlik eniş yaşayıb.
 
Qeyd edək ki, cədvələ “Real” başçılıq edir. İspaniya nəhənginin 2523 xal var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30