20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: "Hər şey xeyrimizə bitə bilərdi"

"Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik. Səfərdə üstün iyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, göstərdikləri nəticə pis deyil: "Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm".
 
Sadıqovun sözlərinə görə, mövsüm ərzində çoxlu qırılma nöqtələri olub: "Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq". (Report)
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30