19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Çempion azarkeş “Neftçi”nin qonağı oldu

“Gaming League Azerbaijan”ın keçirdiyi kompüter oyunları üzrə XV Milli Çempionat çərçivəsində keçirilmiş FİFA21 yarışının qalibi Cavid Qurbanov “Neftçi”nin bazasında qonaq olub.

Futbolxeber.az saytının məlumatına görə, Qurbanov futbolçuların hazırlığını canlı izləməklə “Neftçi” ailəsində unudulmaz gün keçirib.

O, “Neftçi”nin düşərgəsində olduğu müddət ərzində baş məşqçi Samir Abbasov, futbolçular Keysuke Honda, Səlahət Ağayev, Emin Mahmudov digərləriylə şəxsən görüşmək, şəkil çəkdirmək imkanı qazanıb.

“Gaming League Azerbaijan” təşkil etdiyi layihə çərçivəsində Cavid Qurbanov «Neftçi»nin futbolçusu Namiq Ələsgərovla FİFA21 oyununda bir-birinə rəqib olub.

Qeyd edək ki, FİFA21 turnirinin qalibi azarkeşi olduğu komandanın qonağı olmaqla Azərbaycan idman tarixində ilkə imza atıb.

“Gaming League Azerbaijan” layihənin reallaşmasında göstərilən dəstəyə görə «Neftçi» Peşəkar Futbol Klubuna təşəkkür edir.

“Gaming League Azerbaijan” (GLA) layihəyə dəstək olan Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə minnətdarlığını bildirir. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30