19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Keşlə” - “Qəbələ”: 56-cı duel

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - XXVIII turunda “Qəbələ” rəqib meydanında “Keşlə” ilə üz-üzə gələcək.

Futbolxeber.az saytının məlumatına görə, Bakıdakı “ASK Arena”da təşkil olunacaq görüş iki komanda arasında 56-cı duel olacaq.

İlk dəfə 2006-cı ildə üz-üzə gələn rəqiblər indiyədək 55 dəfə qarşılaşıb. Aktivində 17 qələbə olan “Qəbələ” 18 matçdan sülhlə ayrılıb. Digər 20 matçda bakılılar qalib gəlib. Rəqib qapısından 57 top keçirən “Qəbələ” 72 qol buraxıb. Komandanın heyətində Daniel Subotiç daha çox - 5 qol vurub.

5 dəfə Azərbaycan kubokunda üz-üzə gələn rəqiblər 51-ci çempionat matçına çıxacaq. Əvvəlki 50 qarşılaşmadan 14-də üç, 18-də bir xal qazanan “Qəbələ” 18 dəfə uduzub. Paytaxt təmsilçisi top fərqində də üstündür - 65:50.

“Qəbələ” 27-ci dəfə “Keşlə” ilə rəqib meydanında görüşəcək. 8 səfər qələbəsi olan “qırmızı-qaralar” 6 heç-heçə edib və 12 dəfə uduzub. Rəqib meydanında 27 qol vuran əyalət təmsilçisi 43 top buraxıb.

Xatırladaq ki, mayın 19-da keçiriləcək  “Keşlə” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30