26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AÇ-nin final mərhələsinin oyun günləri açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək yarışn əvvəlki illərdən fərqi odur ki, bu dəfə qrup mərhələsinin oyunları 11 gün davam edəcək.
 
Buna səbəb final mərhələsində iştirak edəcək komandaların sayının 12-dən 16-ya çatdırılmasıdır. A və C qrupunun oyunları Amsterdamda, B və D qrupunun qarşılaşmaları isə Qroningendə keçiriləcək. 1/4, yarımfinal, eləcə də 3-cü yer və final oyunları Amsterdamda təşkil olunacaq. 
 
Onu da qeyd edək ki, final mərhələsinin püşkatma mərasiminin tarixi hələ dəqiqləşməyib. Çox güman bu tədbir noyabrda keçiriləcək pley-off oyunlarından sonra baş tutacaq.
 
 
19 yanvar
 
A2 – A4, A1 – A3 (Amsterdam)
 
20 yanvar
 
B2 – B4, B1 – B3 (Qroningen)
 
21 yanvar
 
C2 – C4, C1 - C3 (Amsterdam)
 
22 yanvar
 
D2 – D4, D1 – D3 (Qroningen)
 
23 yanvar
 
A2 – A3, A4 – A1 (Amsterdam)
 
24 yanvar
 
B2 – B3, B4 – B1 (Qroningen)
 
25 yanvar
 
C2 – C3, C4 – C1 (Amsterdam)
 
26 yanvar
 
D2 – D3, D4 – D1 (Qroningen)
 
28 yanvar
 
B3 – B4, A1 – A2 (Amsterdam)
 
B1 – B2, A3 – A4 (Qroningen)
 
29 yanvar
 
C1 – C2, D3 – D4 (Amsterdam)
 
C3 – C4, D1 – D2 (Qroningen)
 
1/4 final
 
31 yanvar
 
B qrupunun qalibi – A qrupunun ikincisi (Amsterdam)
A qrupunun qalibi – B qrupunun ikincisi (Amsterdam)
 
1 fevral
 
C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)
D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)
 
Yarımfinal
 
4 fevral
 
A qrupunun qalibi – B qrupunun ikincisi // D qrupunun qalibi – C qrupunun ikincisi (Amsterdam)
 
B qrupunun qalibi – A qrupunun ikincisi // C qrupunun qalibi – D qrupunun ikincisi (Amsterdam)
 
6 fevral
 
Üçüncü yer uğrunda və final oyunu (Amsterdam)
 
Qeyd: Amsterdamdakı oyunlar “Ziggo Dome”də keçiriləcək. 2012-ci ildə istifadəyə verilən arena 10500 tamaşaçı tutumuna malikdir. Arenada idman oyunları ilə yanaşı konsertlər də təşkil olunur.
 
Qroningendə isə matçlara “Martini Plaza” evsahibliyi edəcək. 1989-cu ildə istifadəyə verilən arenanın tutumu tədricən artırılıb və 2000-ci ildə bu rəqəm 3900-ə çatdırılıb. Burada da müxtəlif idman oyunları, xüsusilə də tennis və basketbol qarşılaşmaları, eləcə də sərgilər təşkil olunur. Hazırda “Donar” basketbol komandası ev oyunlarını bu məkanda keçirir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30