18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Holland futbolçu “Qarabağ”ın hədəfində

Ardıcıl 8-ci dəfə Premyer Liqanın qalibi kimi Azərbaycanı Çempionlar Liqasında təmsil etmək istəyən “Qarabağ” transfer çalışmalarını da davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu Niderland transfer bazarında xüsusi fəallıq göstərir.

Baş məşqçi Qurban Qurbanovun siyahısında adı olan futbolçulardan biri də “Emmen”in yarımmüdafiəçisi Qlenn Biyldir. Universallığı ilə seçilən, həm orta sahədə, həm də müdafiənin sağ cinahında oynamağı bacaran Biyl üçün “Qarabağ” qarşı tərəflə danışığa da başlayıb.

26 yaşlı futbolçunun “Emmen”lə müqavilə müddəti 2022-ci ilin yayına qədər olsa da, niderlandlı bu yay komandasını azad agent kimi tərk edə bilər. Çünki “Emmen” bu ay elitada qalmaq uğrunda pley-off oyunları keçirəcək. Əgər komanda aşağı liqaya yuvarlansa, Biyl oradan ayrılacaq. Üstəlik, “Qarabağ”ın avrokuboklarda iştirakı da oyunçunun qərarına təsir edə bilər.

Qeyd edək ki, “Qroningen”in yetirməsi olan Qlenn Biyl 2017-ci ildən “Emmen”in şərəfini qoruyur. Yerli futbolçu hələ də legioner həyatı yaşamayıb (Apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30