20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Krivotsyuk Ukraynadan təklif aldı

"Neftçi"nin və millimizin futbolçusu Anton Krivotsyuk Ukraynadan təklif alıb.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, bu, Premyer Liqa təmsilçisi "Vorskla"dı.

Məhz Poltava klubunun 23 yaşlı müdafiəçiyə maraq göstərməsi təsadüfi deyil. Belə ki, bu komandanın baş məşqçisi "Keşlə"ylə Azərbaycan Kubokunun qalibi olmuş Yuri Maksimovdu. Təcrübəli ukraynalı mütəxəssis millimizin üzvünü komandasında görməkdə maraqlıdı.

Üstəlik, Antonun "ağ-qaralar"la müqaviləsi cari mövsümün sonunda bitdiyindən, "Vorskla" onu sərbəst futbolçu kimi heyətinə qata bilər. Sadəcə, burda əsas məqam odur ki, UEFA qaydalarına əsasən futbolçunu yetişdirmiş klub olaraq "Neftçi" Krivotsyukun keçəcəyi istənilən komandadan kompensasiya alacaq. "Ağ-qaralar"ın da saxlamaqda maraqlı olduğu müdafiəçi hazırda təklifləri götür-qoy edir və qərarını mövsüm bitəndə verəcək.

Xatırladaq ki, Ukraynanınpaytaxtı Kiyevdə anadan olan Anton 2016-cı ildə ölkəmizə gələrək milliləşdirilib. O, həmin vaxtdan "Neftçi"də çıxış edərək, bütün yaş qruplarından ibarət yığmalarımızda da forma geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30