25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Qarabağ"ın maliyyə hesabatı açıqlandı

"Qarabağ Futbol Klubu” MMC 2020-ci ili 3 milyon 491 min 100 manat zərərlə başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, 2019-cu ildə zərər 1 milyon 92 min 700 manat olub. Zərər 3,5 dəfə artıb.

Ötən il "Qarabağ" 12 milyon 584 min 700 manat, əvvəlki il isə 8 milyon 620 min 700 manat gəlir əldə edib.

Bunun 11 milyon 947 min 100 manatı yayım hüququndan, 637 min 600 manatı isə sair gəlirlərdən daxil olub. İl ərzində klubun xərcləri 6 milyon 222 min 300 manat azalaraq 16 milyon 75 min 800 manat təşkil edib. Bunun 9 milyon 11 min 800 manatı əmək haqqı və mükafat verilməsinə, 707 min 909 manatı əsas vəsaitlərin amortizasiyasına, 1 milyon 723 min 600 qeyri-maddi aktivlərin köhnəlməsinə, 4 milyon 623 min 500 manatı isə sair əməliyyatlara yönəldilib.

Bu il yanvarın 1-də "Qarabağ" klubunun aktivləri və öhdəlikləri 29 milyon 683 min olub ki, bu da əvvəlki ilə nisbətən 9 milyon 396 min 600 manat azdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30