19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zirə” ilə oyunöncəsi “Neftçi”də ciddi itki

“Neftçi” bu gün “Zirə” ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının 23-cü tur matçı ərəfəsində futbolçu itkisi ilə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klub televiziyasına “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.

O bildirib ki, sol cinah müdafiəçisi Tallison Diasın ötən gün məşqin sonunda arxa əzələsində dartılma müşahidə olunub.

Zöhrablının sözlərinə görə, hazırda onun vəziyyəti sabit olsa, meydana çıxma ehtimalı yoxdur: "Futbolçunun müalicəsi davam edir. Əvəzində zədələrini bərpa edən Əhməd Əhmədov və Fəhmin Muradbəylinin fiziki durumları ilə bağlı problem yoxdur və oyunda iştirak edə biləcəklər. Komandadan götürülmüş koronavirus testlərinin nəticəsi də mənfidir".

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” - “Zirə” matçına saat 20:15-də start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30